“Qarabağ”la görüş öncəsi oğurluq

Bu gün “Qarabağ”ın qitə liqasının “A” qrupunun 2-ci turunda “Düdelanj”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, sentyabrın 30-na keçən gecə Lüksemburq klubunun bazasında xoşagəlməz hadisə yaşanıb.

Naməlum şəxslər paltardəyişmə otağından 27 cüt buts, eləcə də bir neçə futbol geyimi, şort və digər idman ləvazimatları oğurlayıblar. Polis hadisə ilə bağlı araşdırma aparır.

“Düdelanj” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.

Həmin kateqoriyadan