“Qarabağ”la oyuna qədər istefa?

“Qarabağ”la oyuna qədər istefa?

“Qarabağ”ın Avropa liqasının “G” qrupunda rəqiblərindən olan “Nant” baş məşqçi Antuan Kombuareni göndərə bilər. Allsport.az saytı xəbər verir ki, klub rəhbərliyi 58 yaşlı mütəxəssisin işindən narazıdır. “Sarı-yaşıllar” bu gün 1-ci turda “Olimpiakos”a qalib gəlməsə, onunla yolun ayrılacağı gözlənilir.

Həmçinin “Nant”ın liqa 1-də də işləri yaxşı getmir. Komanda hazırda 6 xalla 13-cüdür. İlk 6 turda cəmi 1 qələbə qazanıb. Ağdam təmsilçisinin rəqibi son turda PSJ-yə böyük hesabla uduzub – 0:3.

Komandalar arasında ilk oyun sentyabrın 15-də Bakıda, 2-ci görüş oktyabrın 27-də Fransada keçiriləcək.

Həmin kateqoriyadan