“Qarabağ”la oyunda iştirak etməyəcək

“Omoniya”nın futbolçusu Yannis Kusulos konfrans liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.

Allsport.az xəbər verir ki, bu barədə Kipr klubunun rəsmi tvitter səhifəsi məlumat yayıb. Bir müddətdir zədəli olan 25 yaşlı müdafiəçinin bu gün Qətərdə əməliyyat olunacağı bildirilib. Onun noyabr ayında meydana çıxa bilməyəcəyi gözlənilir.

Yannis Kusulos “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları ilk qarşılaşmasını da zədə səbəbdən oynamayıb. Komandalar arasında 2-ci qarşılaşma noyabrın 25-də Bakıda keçiriləcək.

Həmin kateqoriyadan