“Qarabağ”la oyundan sonra futbolçuları danlayıb

Konfrans liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ”la qolsuz heç-heçə edən “Bazel”in sahibi David Degen komandasının oyunundan narazı qalıb.

Allsport.az xəbər verir ki, klub rəhbəri Bakı olimpiya stadionunda keçirilən görüşdən sonra futbolçularla söhbət edib. 38 yaşlı keçmiş futbolçunun komanda ilə çox əsəbi danışdığı, onlara qışqırdığı qeyd olunub.

Degenin futbolçulara “Bazel”i təmsil etdiklərini xatırlatdığı və daha məsuliyyətli olmalarını tapşırdığı bildirilib.

Həmin kateqoriyadan