- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 219
- Avqust 05, 2026
- 0

Konfrans liqasının 3-cü təsnifatında “Qarabağ”ın rəqibi AEL ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, mərkəz müdafiəçisi Andre Teyşeyra zədədən əziyyət çəkir.
Əvvəlki mərhələdə “Vlajniya” ilə cavab görüşünün 1-ci hissəsində zədələnərək əvəzlənən portuqaliyalı oyunçunun bizimlə ilk görüşdə iştirakı real görünmür.
Onun boşluğunu yeni transfer Konstantinos Sotiriu doldurmağa çalışacaq. Məşqçilər heyəti Kipr millisinin üzvünü “AEK arena”dakı görüşə hazırlayır.
AEL və “Qarabağ” arasında ilk matç avqustun 5-də Kiprdə keçiriləcək.