Qarayazıda Heydər Əliyevin 100-illiyinə at yarışı keçirilib

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ölkə hüdudlarından kənarda da qeyd olunub. Allsport.az saytı xəbər verir ki, Gürcüstanın Qardabani (Qarayazı) rayonunda yaşayan azərbaycanlılar mərhum prezidentin doğum günündə onun Rustavi şəhərində adını daşıyan parkda abidəsini ziyarət edib, gül düzüblər.

Sonra Qardabani rayonunda yubilyarın xatirəsinə at yarışı təşkil edilib. Bütün bu tədbirlərin təşkilatçısı yerli sakin Şakir Mustafayev olub. 25 çaparın iştiraki ilə cıdır ötüşməsində Vəhdəd İsmayılov, Qaxa Santvaşvili və Vahid Əhmədov müvafiq olaraq ilk 3 yeri tutublar.

Yorğada Süleyman Allahverdiyev 1-ci, Zahid Yusifov 2-ci və Ayaz Tağıyev 3-cü olublar.

Həmin kateqoriyadan