“Qarşıdakı görüşdə daha məsuliyyətli olmalıyıq”

“Qarabağ” Avro liqanın pley-off mərhələsində Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Həqiqətən çox ciddi rəqibə qarşı oyun oldu. “Braqa” sürətli hücumları və futbolçuları olan komandadır. Oyunçularımız çox yoruldular, çox əziyyət çəkdilər. Matçın 4:2 hesabı ilə bitməsinə baxmayaraq, bu, hələ ilk hissədir.

Bu cür komandalar belə turnirlərdə istənilən nəticəni öz xeyirlərinə dəyişə bilərlər. Ona görə biz arxayınlaşmalı deyil, cavab oyununda daha ciddi olmalıyıq. Vaxtımız olacaq ki, bu matçı daha yaxşı təhlil edək. Qarşıdakı görüşdə daha məsuliyyətli olmalıyıq”.

Həmin kateqoriyadan