- Baxış sayı: 21
- 06 Avqust 2026 11:51
- Baxış sayı: 168
- Avqust 05, 2026
- 0

ABŞ-ın “İnter Mayami” klubu liqa kubokunda ilk oyununa çıxıb.
Allsport.az xəbər verir ki, MLS təmsilçisi 1-ci turda Meksikanın “Atletiko San Luis” komandası ilə qarşılaşıb.
Görüş “İnter Mayami”nin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 4-cü dəqiqədə qonaqların futbolçusu David Rodriges açsa da, meydan sahibləri fasiləyədək dörd dəfə fərqləniblər. Lionel Messi dubla imza atıb, Telasko Seqoviya və Mikael dos Santos Silva isə hərəyə bir qol vurublar. İkinci hissədə Rafa Lyorente “Atletiko San Luis”in ikinci qolunu vurub.