Qeydiyyatdan keçə bilmədi

Qeydiyyatdan keçə bilmədi

Argentina millisi və “Tottenhem”in sabiq futbolçusu Erik Lamela Meksikanın “Monterrey” klubunda çalışacaq.

Allsport.az xəbər verir ki, 34 yaşlı mütəxəssis komandanın məşqçilər heyətinə daxil olsa da, rəsmi sənədlərdə təchizat üzrə məsul şəxs kimi qeydiyyata alınıb.

Buna səbəb Lamelanın hələ məşqçi lisenziyasına malik olmamasıdır. Meksika çempionatının qaydalarına əsasən, məşqçilər müvafiq lisenziyaya sahib olmalıdırlar. Klub isə onun matçlar zamanı ehtiyat oyunçular skamyasında yer alması üçün bu çıxış yolunu seçib.

Ötən yay bud nahiyəsindən aldığı zədə səbəbindən karyerasını başa vuran Lamela daha sonra İspaniyanın “Sevilya” klubunda məşqçilər heyətində çalışıb. Hazırda o, “UEFA pro məşqçi” lisenziyası almaq üçün təhsilini davam etdirir.

Həmin kateqoriyadan