“Qırmızılar”ın 3 rəqibi bilinib

“Keşlə”nin qış toplanışında rəqibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubunun hazırlığı 2 hissədən ibarət olacaq.

Komanda ilk yarıda Bakı məşq keçəcək. 2-ci mərhələ üçün “qırmızılar” Türkiyənin Antalya mahalına yollanacaq. Ayın 12-dən start götürəcək ümumi hazırlıq yanvarın 26-da başa çatacaq.

Türkiyə toplanışı çərçivəsində “Keşlə” 4 yoxlama matçı keçirməyi planlaşdırır. Həmin oyunlardan üçündə rəqiblər bəllidir:

17.01.2019. “Okjetpes” (Qazaxıstan,1-ci liqa)
23.01.2019. “Konkordiya” (Rumıniya, 1-ci liqa)
25.01.2019. “Çertanovo” (Rusiya, Moskva, MFL)
20.01.2019-cu il tarixdə baş tutacaq sınaq matçında rəqib hələ müəyyənləşməyib.

Həmin kateqoriyadan