- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
“Qızıl top”a namizəd olacaq son 3 futbolçunun adı müəyyənləşib. Allsport.az xəbər verir ki, bunlar Madrid “Real”ının ulduzu Kriştianu Ronaldo, “Barselona”nın hücumçusu Lionel Messi və “Bavariya”nın qapıçısı Manuel Noyerdi.
2014-cü ilin ən yaxşı futbolçusuna veriləcək mükafatın sahibi yanvarın 12-də Sürixdə təşkil olunacaq mərasimdə açıqlanacaq. “Qızıl top” mükafatının qalibi yığma komandaların baş məşqçiləri və kapitanlarının səsverməsi nəticəsində müəyyənləşəcək.