Qızları zorlayan federasiya prezidenti cəzalandı

Haiti futbol federasiyasının prezidenti İv Jan-Bart gənc qızlara qarşı cinsi zorakılıqda ittiham edildiyi üçün cəzalanıb. Allsport.az xəbər verir ki, FIFA etika komitəsinin 84-cü və 85-ci maddələrinə əsasən, 72 yaşlı funksioneri 90 gün futboldan uzaqlaşdırılıb.

Ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri Jan-Bartın təcazvüzünə məruz qaldığını açıqlamışdı.

Adı açıqlanmayan qız deyib ki, federasiya daxilində “Dadu” ləqəbli şəxs qızları prezidentlə yatmağa təzyiq edir, bununla razılaşmayanlar millidən qovulur.

Qızlardan biri 2018-ci ildə 17 yaşında bakirəliyini itirib və abort etdirməli olub.

Həmin kateqoriyadan