“Qol vuraq, qalib gələk”

“Real”ın vingeri Lukas Vaskes la liqanın 32-ci turunun matçında “Barselona” üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Allsport.az xəbər verir ki, o, qələbəni möhtəşəm adlandırıb:

“Möhtəşəm idi. Azarkeşlərimizlə gözəl bir gecə oldu və biz buna layiqik. Çempionluq yolunda böyük addım atdıq.

Komanda Mançesterdə sərf etdiyi gücə baxmayaraq, yenə də özünü ən yaxşı tərəfdən göstərdi. Yenidən gözəl oyun keçirdik və bu qələbəyə nail olmaq üçün əlimizdən gələni etdik ki, bu da bizə liqada liderliyi təmin edir və bizi çempionluğa yaxınlaşdırır.

Sona beş dəqiqə qalmış cərimə zərbəsi qazandıq və özümüzə dedik: “Qol vuraq, qalib gələk”. Bu klubu və bu emblemi təmsil edən bu cür olmalıdır: biz həmişə qalib gəlmək istəyirik, sona qədər mübarizə aparırıq və heç vaxt təslim olmuruq.

Həmin kateqoriyadan