Qoldan sonra zədələndi

İspaniya çempionatının 33-cü turunun oyununda “Barselona” öz meydanında “Selta”nı qəbul edib. Allsport.az saytı xəbər verir ki, oyun 1:0 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatıb. Qələbə qolunu 40-cı dəqiqədə Lamin Yamal penaltidən vurub.

“Barselona”nın 18 yaşlı hücumçusu zərbədən sonra zədələnib və axsamağa başlayıb, sonradan meydanda uzanaraq oyunu davam etdirə bilməyib. “Barselona” 82 xalla primeroda öncüllüyünü qoruyur. Viqo təmsilçisinin 44 xalı var və 7-ci yerdədir.

Həmin kateqoriyadan