“Qolovin PSJ-ni gücləndirə bilərmi?”

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy “Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovinin oyun səviyyəsindən danışıb.

Allsport.az xəbər verir ki, o, futbolçunu tərifləyib:

“Qolovinin inkişafı onun yaşı ilə bağlıdır. İndi o, artıq hardasa təcrübəyə əsaslanaraq meydanda lazımsız hərəkətlərdən və qüsurlardan qaçaraq hərəkət edir. 27 yaş yarımmüdafiəçi üçün ideal yaşdır. Üstəlik, Saşa uzun müddət Fransada oynayır və hər şeyə öyrəşib.

Qolovin PSJ-ni gücləndirə bilərmi? Düşünürəm ki, Saşanın oyun səviyyəsinə əsasən, o, PSJ-yə keçərdi, amma belə bir keçidə az inanıram”.

Həmin kateqoriyadan