Qurban Qurbanov: Əsas fikrimiz, rəqibdən çəkinməmək idi

Avropa liqasının “C” qrupunda 2-ci turda “Qarabağ” evdə “Arsenal”a 0:3 yenildi. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov İngiltərə klubuna məğlubiyyəti belə şərh etdi:

“Məğlub olduq. Amma bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz, rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi. Futbolçularıma təşəkkür etdim.

Azarkeşlərimizə “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçüm böyük təcrübə oldu”.

Həmin kateqoriyadan