Qurban Qurbanov: 5 potensial rəqibdən ən çətini “Qarabağ”a düşdü

Çempionlar liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi məlum olub.  Allsport.az saytı xəbər verir ki, komandamız Gürcüstan çempionu “Samtredia” ilə qarşılaşacaq. Baş məşqçi Qurban Qurbanov püşkü klubun rəsmi saytına dəyərləndirib:

“5 potensial rəqibdən ən çətini düşdü. “Samtredia” bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür.

Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.

Həmin kateqoriyadan