Qurban Qurbanov: «Atletiko»ya qarşı əzmkarlıq göstərməliyik, çəkinməməliyik

Sabah «Qarabağ» klubu çempionlar liqasının «C» qrupunda Madriddə «Atletiko» ilə cavab oyununa çıxacaq. Allsport.az saytı xəbər verir ki, bu gün matçın keçiriləcəyi «Vanda Metropolitano» stadionunda baş məşqçi Qurban Qurbanov KİV-lə görüşdü. Mütəxəssisin sözünə görə, rəqibin mərhələ adlaması üçün son fürsəti olduğundan var qüvvəsini bizə qarşı qoyacaq:

«Çox diqqətli olmalıyıq. Ola bilər, Bakıda düşən imkanlardan yararlana bilməyiblər. Onlar nə düşünürlərsə, biz də onu düşünürük: məqsəd, soyuqqanlı olub istədiyimiz nəticəni qazanmaqdır. Düzdür, zədəlilərimiz var. Onlar məni narahat edir. Amma təcrübəli futbolçularımız çoxdur. Hesab edirəm ki, onlar üzərinə düşən məsuliyyəti anlayır.

«Atletiko» qrupda cəmi bir görüşü uduzub. Doğma stadionda çoxsaylı azarkeş dəstəyindən yararlanacaq. Rəqibin hansı sürpriz hazırladığını bilmirik. «Atletiko»nun ustalıq səviyyəsi yüksəkdir. Duruma real baxıram. Əmkarlıq göstərməliyik, çəkinməməliyik. Yalnız bu halda Madriddən xala dönə bilərik».

Kamran HACI, Madrid

Həmin kateqoriyadan