Qurban Qurbanov: Biz nə isə sübut etmək üçün yox, xalqımız üçün meydana çıxırıq

Bu gün “Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin cavab oyununda Tiflisdə “Samtredia” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, ilk matçda rəqibə 5:0 qalib gəlmiş komandamızın baş məşqçimiz Qurban Qurbanov təmsil olunduğu klubun adı ilə bağlı bunu əlavə edib:

“Mən azərbaycanlıyam, Azərbaycanımı da sevirəm və bunu da bilirəm ki, Qarabağ bizimdir. Təbii ki, bu adın məsuliyyətini anlayıram və bu ad üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudur. Biz nə isə sübut etmək üçün yox, xalqımız üçün meydana çıxırıq”.

Həmin kateqoriyadan