Qurban Qurbanov: “Bu, bizim xəyallarımıza mane olur”

“Öncə bütün jurnalistləri salamlayıram. Yaxşı komandaya qarşı mübarizəyə aparacağıq. Qrupda 3 komandanın 3 xalı var. Bu səbəbdən hər bir qarşılaşma vacibdi”. Allsport.az apasport.az saytına istinadən xəbər verir ki, bu sözü “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsinin V turunda sabah “Sent Etyen”in qonağı olacaq Ağdam təmsilçisinin çalışdırıcı oyun öncəsi mətbuat konfransı keçirib.

Qurbanov bildirib ki, zədəli futbolçular olmasına baxmayaraq, komandası oyuna hazırdı: “Bu gün üstünlük rəqibdədi. Çünki öz meydanında oynayacaq. Son oyunlarını izləmişik. İndi daha aqressiv oyuna üstünlük verirlər. Öz istədikləri kimi oynamağa imkan verməməliyik”.

Ağdam klubunun çalışdırıcısı daha sonra bunları deyib: “Sent-Etyen”lə görüş bizim üçün çətin olacaq. Həm də biz səfərdə oynayırıq. Komandada bir sıra aparıcı futbolçuların yoxluğu da hazırlığa təsir etdi. Lakin başqa çıxış yolumuz yoxdu. İki cəbhədə mübarizə aparıq. Ona görə də sərəncamımda daha çox futbolçunun olmasını istəyirəm. Bununla belə, oyunçuları qarşıdakı oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmalıyıq”.

Qurbanov qrupdan çıxma şansları haqqında da danışıb: “Rəqibə hörmət edirəm. Onlarda möhkəm müdafiə, yaxşı komanda oyunu və fərdi güclü futbolçular var. “Sent-Etyen” nadir hallarda qol buraxır. Bizim üçün çətin olacağını bilirik və həm də matç maraqlı keçəcək. Növbəti mərhələyə çıxma şansımıza gəldikdə, bu haqda bilmirəm ki, bizə nə qədər xal lazımdı. Amma hələ 1/6 finala xal baxımından gücümüz çatmır. Bu, bizim xəyallarımıza mane olur. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Buna da məcburuq. “Sent-Etyen”in gözəl stadionu var. Burada yalnız, yaxşı futbol oynamaq qalır. Sabah arenada atmosferin necə olacağını demək mümükün deyil. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Həmin kateqoriyadan