- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qarabağ” konfrans liqasının “H” qrupunun 3-cü turunda Qazaxıstanın “Kayrat” klubu ilə oyunda evdə əzmkar qələbə qazandı.
Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov 2:1 yendikləri görüş barədə bunu dedi:
“İlk hissədə rəqib bizə çətinlik yaratdı. Oyundan öncə demişdim: “Kayrat” müdafiədə etibarlı, əks-hücumda təhlükəlidir. Bu gün çox istəkli idik və bu məni çox sevindirdi. Qalıb gəlmək istəyirdiksə, sonadək mübarizə aparmalıyıq. Qarşıda 2 səfər oyunumuz var, asan olmayacaq”.