“Qol epizodlardan istifadə etmədiyimizə görə əsəbi oyun alındı”

Çempionlar liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Şerif” matçından (2:1) sonra təşkil olunan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikrini bölüşüb. Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Son 8 gündə 3-cü oyunumuz idi. Komandanın sona kimi mübarizə aparmağa gücü çatdı. Çox çətin idi. Sönük oyun kimi görünsə də, xeyli qol epizodlarımız oldu. Bunlardan istifadə etmədiyimizə görə əsəbi oyun alındı. Mərhələ keçmək vacib idi. Minimum Avropa liqasının pley-offunu təmin etdik”.

Həmin kateqoriyadan