Qurban Qurbanov: “Bunun üçün diqqətli olmalıyıq”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun konfrans liqasının “Omoniya” ilə oyunundan əvvəl mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, sabahkı görüşlə bağlı bunu söyləyib:

“Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir. Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq.

Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. “Omoniya”nın sürətli hücumçuları var. Bunun üçün diqqətli olmalıyıq”.

Həmin kateqoriyadan