Qurban Qurbanov: Bütün diqqətimiz cəbhə bölgəsindədir

Sabah “Qarabağ” Avropa liqasının “H” qrupunun ilk turunda evdə Norveçin “Molde” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün Tofiq Bəhramov adına respublika stadionunda keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Hamıya məlumdur ki, cəbhə bölgəsində antiterror əməliyyatı gedir. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Bu gün oyun barədə çox danışmaq istəmirəm. Bütün diqqətimiz Qarabağdadır.

Bəlkə də “Molde” ilə oyunun bu günə təsadüf etməsi yerinə düşmədi. Bir dəfə də bu halla rastlaşmışıq. Əsas fikrimiz döyüş bölgəsində idi. Rəqibə hörmətlə yanaşırıq. Çox intizamlı komandadır. 3 il öncə bu Norveç klubu ilə qarşılaşmışıq. Ötən illər ərzində xeyli təcrübə toplayıblar”.

Həmin kateqoriyadan