Qurban Qurbanov: Çalışmalıyıq ki, səhvsiz oynayaq

Sabah “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Dalğa Arena”da Çex Respublikasının “Slovan” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov matç öncəsi mətbuat konfransında bunu deyib:

“Həm bizə, həm də digər təmsilçimiz “Qəbələ”yə uğurlu start arzulayıram. 1 ildən sonra yenidən qrup mərhələsində mübarizəyə başlayacağıq. Rəqibimiz ciddidir. Bu il Avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçiriblər və 4 qələbələri var. Son 3 ildə 2 dəfə qrupda oynayıblar. “Sevilya” kimi komandaya qarşı matçda çox yaxşı nəticə göstəriblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Çalışmalıyıq ki, səhvsiz oynayaq.

Avroliqanın qrup mərhələsində zəif rəqib olmur. Onların təcrübəsi böyükdür. Hər bir məşqçinin ixtiyarında 15-16 eyni səviyyəli futbolçu olur. “Dalğa Arena”nın ot örtüyü məni qane edir. Amma yaxın gələcəkdə yenə “Tofiq Bəhramov” a üz tutacağıq. Bu stadion ilə 5 illik müqaviləmiz var”.

Həmin kateqoriyadan