Qurban Qurbanov: Çatışmazlıqlarımız var, bunların üzərində çalışmalıyıq

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” ilk yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, ölkə çempionu Rusiyanın “Ahməd” klubu ilə qarşılaşıb və ona 0:1 hesabı uduzub. Matçla bağlı baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“Avstriyada ilk oyunumuz idi. Futbolçularım çox istəkliydi, bu da çox yaxşı haldı. Düzdür, çatışmazlıqlarımız var və bunların üzərində çalışmalıyıq. İstənilən halda futbolçularımın istəkli olması məni razı saldı”.

Həmin kateqoriyadan