Qurban Qurbanov: Cavab oyunu daha vacibdir

Avropa Liqasının qrup mərhələsində sabah “Dnepr”i qəbul edəcək “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, matçdan əvvəl KİV önünə çıxıb. Allsport.az saytı futbol11.az-a istinadən xəbər verir ki, yerli mütəxəssis, Ukrayna komandasına hörmətlə yanaşdığını deyib:
“Hər oyun bizim üçün vacibdirsə, ikinci cavab oyunu daha da vacibdir. Baxmayaraq ki, qalib gəlmişik, burdakı oyun səfər qarşılaşmasından daha çətin olacaq. Hər iki komandanın bir-birini daha yaxından tanıdığına inanıram.
Həm biz, həm də rəqib bilir ki nə etmək istəyir. Ağır oyun olacaq. Çalışacağıq ki, daha düzgün, daha dəqiq oynayaq. Komandanı da buna hazırlamağa çalışmışıq. Uğurlu nəticə ilə yekunlaşdıracağımızı düşünürəm”.

Həmin kateqoriyadan