Qurban Qurbanov: “Molde” çox ciddi rəqibdir

“Qarabağ” çempionlar liqasının 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü belə dəyərləndirib:

“Çox ciddi rəqiblə qarşılaşacağıq. Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir. Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir.

“Molde” son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq”

Həmin kateqoriyadan