Qurban Qurbanov: Çox istərdim ki, sabahkı oyunda da azarkeşlər tribunaları doldursunlar

Sabah “Qarabağ” çempionlar liqasının “C” qrupunda Madrid “Atletiko”suna qarşı oynayacaq. Allsport.az saytı xəbər verir ki, bu gün matçla bağlı keçirilən mətbuat konfransında Qurban Qurbanov bunu dedi:

“Rəqib barədə çox danışmağa ehtiyac yoxdur. “Atletiko”nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə çempionlar liqasının finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq.

Öz oyun dəst-xətti olan komandadır. Ən azı yaxşı mübarizə göstərməyə, meydanda öz oyunumuzu göstərməyə çalışacağıq. Çox istərdim ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar.

Böyük komandalarla qarşılaşan zaman məndə gərginlik yaranmır, əksinə, böyük zövq alıram. Dünyaca məşhur mütəxəssislərlə bir araya gəlmək qürurvericidir”.

Həmin kateqoriyadan