Qurban Qurbanov: Daha bir neçə qol imkanı olsa da, istifdə edə bilmədik

Çempionlar liqasının pley-off mərhələsinin ilk matçında evdə “Kopenhagen” komandasını 1:0 hesabı ilə məğlub edən “Qarabağ” Danimarkaya üstün yollanacaq. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra təşkil olunan mətbuat konfransında baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Bu gün futbolçularımız və azarkeşlərimiz alqışalayiq idilər. Tam nəticəyə oynayan komanda və yaxşı azarkeşlərimiz var idi. Oyundan öncə də bildirmişdim ki, “Kopenhagen”ə qarşı oynamaq çətin olacaq və belə də oldu. Bir neçə şansımız olsa da, istifdə edə bilmədik.

Düşünürəm ki, bu qələbə son nəticə deyil. Çünki “Kopenhagen” öz meydanında mükəmməl futbol oynayır. Bizi çətin 90 dəqiqə gözləyir. Çalıçacağıq ki, səfərdən başıyuxarı dönək”.

Həmin kateqoriyadan