Qurban Qurbanov: Düşünürəm ki, yaxşı nəticə qazanmışıq

“Qarabağ” çempionlar liqasının 3-cü ələməsinin ilk matçında Moldovanın “Şerif” klubu ilə evdə 0:0 hesablı heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda öz fikrini bildirib:

“Gözlədiyimiz oyun oldu. Ağır oyun olacağını bilirdik. Bu oyun bir daha göstərdi ki, turnirdə zəif komanda yoxdur. Komandamdan razı qaldım. Bəzi səhvləri nəzərə almasaq, yaxşı oynadıq.

Düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Evdə qol buraxmamaq üstünlükdür. Cavab oyununa yaxşı hazırlaşmağa və mərhələ adlamağa çalışacağıq”.

Həmin kateqoriyadan