- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bu bün “Qarabağ” çempionlar liqasının 2-ci təsnifatının ilk görüşündə Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, matç öncəsi keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var, bunları da sabah görəcəksiniz. Bizim üçün asan olmayacaq. Oyuna hazırlaşmışıq, çalışacağıq ki, öz meydanımızda qələbə qazanaq.
Düzdür, futbolçular tam hazır vəziyyətdə deyil. Amma təlim-məşq toplanışından indiyədək komandada dəyişikliklər olub. Futbolçuların vəziyyətini eyni səviyyəyə gətirməyə çalışmışıq. Fikrimcə, Bakıda yaxşı hazırlıq keçmişik”.