- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2- təsnifatının cavab matçını (1:1, ilk oyun 2:0) şərh edib. Allsport.az saytı xəbər verir ki, o, səfərdə Lüksemburq “Düdelanj”ına qarşı keçirdikləri oyun barədə bunu söyləyib:
“Ümumi oyundan və nəticədən razıyam. Görüşün bizim üçün çətin keçəcəyini əvvəldən bilirdik. Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi, bu da sürətli oyun göstərməyimizə mane olurdu. Birinci oyunda qeydə alınan nəticə də öz sözünü dedi.
İlk hissəyə nisbətən, ikincidə daha yaxşı oynadıq. Meydanda olan hər bir futbolçunun çıxışından razı qaldım. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm, səfərdə oynamağımıza baxmayaraq, 90 dəqiqə bizi dəstəklədilər”.