Qurban Qurbanov: Hər 3 rəqibimiz “Böyük beşliy”i təmsil edir, bu görüşlər bizə təcrübə olacaq

Qarabağ” çempionlar liqasının “C” qrupunda İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” klubları ilə mübarizə aparacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov rəqiblər haqda öz fikrini bildirib:

“Hər 3 rəqibimiz “Böyük beşlik” ölkələrini təmsil edir. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir.

Rəqiblərimiz ən güclü çempionatlarda çıxış edirlər. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Həmin kateqoriyadan