Qurban Qurbanov: Hava həddindən artıq isti idi, oynamaq çətin oldu

Bu gün “Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin cavab matçında səfərdə “Samtredia”nı 1:0 hesabı ilə məğlub edərək arıdıcl 4-cü dəfə 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Hava həddindən artıq isti idi, oynamaq çətin oldu. Oyun keyfiyyətlərini görməsəm də, komandanın durumundan razı qaldım. Bir qədər çox top itkilərimiz oldu. Buna baxmayaraq, bütün oyunçulardan razı qaldım. Futbolçularım nəticə üçün maksimumu etməyə çalışdılar.

Rəqibə gəlincə, komandanın yüksək motivasiyası var, bizə qarşı yaxşı oyun sərgilədilər. Məncə, “Samtredia” yaxın zamanlarda Gürcüstanın ən yaxşı komandalarından biri olacaq”.

Həmin kateqoriyadan