Qurban Qurbanov : «İlk dəfədir ki, bu qədər qapımızda qol vəziyyəti yarandı»

«Rəqibi təbrik edirəm. Yaxşı oynadılar. İlk hissədə bir neçə qol epizodunu qaçırdıq. Rəqib isə əksinə, düşdüyü imkanlardan düzgün yararlandılar. İlk dəfədir ki, bu qədər qapımızda qol vəziyyəti yarandı. Bu matçda səhvləri təhlil edəcəyik». Bu sözü «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov dedi. Avroliqanın qrup mərhələsinin 5-ci turunda səfərdə «Slovan»a böyük hesabla (0:3) uduzan ölkə çempionu 1/16 finala çıxmaq şansını son tura saxladı. Mütəxəssis bildirdi ki, Bakıda imkan onların öz əlində olacaq:

«PAOK-un qalib gəlməsi gözləyirdim. Bu Yunanıstan komandası qaranlıq komandadır. Hər duruma hazır olmalıyıq. Bəzən çox tələskənlik arzunun gerçəkləşməsinə mane olur. Dünən keçirilən mətbuat konfransında «Slovan»la oyunmuzun alınmamasını demişdim. Bu görüşdə bunun bir daha şahidi olduq. İnşallah, evdə son nöqtəni biz qoyarıq».

Həmin kateqoriyadan