Qurban Qurbanov: İlk oyunda hesaba baxmayaraq, rəqib xoş sözə layiqdir

Sabah “Qarabağ” klubu çempionlar liqasının 2-ci ələməsinin cavab oyununda Tiflisdə “Samtredia” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“İlk qarşılaşmadan sonra bildirmişdim ki, rəqibimiz yaxşı oyun göstərir və əzmkar mübarizə aparırlar. Ötən oyunda da hər qol buraxdıqdan sonra daha da aqressiv oynayırdı. Bunu xüsusilə qeyd edərdim. İlk oyunda hesaba baxmayaraq, rəqib xoş sözə layiqdir.

Bizim də çatışmazlıqlarımız var, bunları da aradan qaldırmaq üçün oyun praktikasına ehtiyacımız var. Nə qədər çox oyun keçirsək, bizim üçün o qədər yaxşıdır. Sabah meydanda tam hazır olan futbolçular yer alacaq. Oyuna gəldikdə isə rəqibin imkan verdiyi qədər hücum edəcəyik. Hücum etməklə yanaşı da müdafiə olunmağı da unutmamalıyıq. Sabah bizi Bakıdakından daha aqressiv qarşılaşma gözləyir”.

Həmin kateqoriyadan