Qurban Qurbanov: İnanıram ki, “Mölde”ni düzgün təhlil etmişik

Sabah “Qarabağ” Kiprin Larnaka şəhərində, bitərəf meydanda, çempionlar liqasının 3-cü ələməsi çərçivəsində “Mölde” klunu ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, bu gün komandamız adanın yunan kəsiminə yollanıb. Matç öncəsi baş məqşçimiz Qurban Qurbanov bunu deyib:

“Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil, bir neçə futbolçumuzun mikrozədələri var, bu bizi narahat edir. Xayme Romero və Mahir Əmrəli isə zədəlidir.

Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadır. “Mölde” fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik”.

Həmin kateqoriyadan