Qurban Qurbanov «İnter»lə oyun öncəsi nə dedi?

«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov Avroliqanın «F» qrupu çərçivəsində Milan «İnter»i ilə keçirəcəkləri son matçı dəyərləndirib.

Allsport.az saytı xəbər verir ki, 42 yaşlı mütəxəssis gələn həftə doğma divarlar arasında baş tutataq həlledici oyun öncəsi tələsik ehtimal yürütməyi məqsədəuyğun saymayıb:

«İndidən qrupdan çıxmaq barədə fikirləşsək, o zaman məğlub olarıq. Sərfəli nəticə üçün var gücümüzü ortaya qoyacağıq. İnşallah, hər şey qaydasında olar və «İnter»dən sonra qrupda mərhələ keçən komanda biz olarıq».

Həmin kateqoriyadan