Qurban Qurbanov: İstədiyin nöqtəyə çatmaqdan daha çətin, orada qalmaqdır

Premyer liqanın 27-ci turunda evdə “Səbail”i 4:0 hesabı ilə edən “Qarabağ” çempionluğu rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov “dənizçilər”i ilk dəfə avrokuboka vəsiqə qazanması münasibəti ilə i təbrik edib:

“İlk öncə futbolçularımızı, rəhbərliyimizi, azarkeşlərimizi təbrik etmək istəyirəm. Sonadək bizimlə oldular. Hər şey sonda bizim üçün uğurlu oldu ki, buna görə şadam. Liderliyi ələ keçridik, sonadək qoruduq. Aftandil Hacıyevi də təbrik etmək istəyirəm ki, ilk medalı və avrokuboklara vəsiqəni qazandığı üçün.

Az bir müddətdə çox iş gördülər. İstədiyiniz nöqtəyə çatmaqdan daha çətin, orada qalmaqdır. Titul qorumaq daha çətindi. Hər sonrakı çempionluq bizim üçün daha əziz olur. Çünki hər il əziyyət çəkirik. Hamını razı salmaq lazımdır”.

Həmin kateqoriyadan