- Baxış sayı: 22
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 276
- Sentyabr 17, 2026
- 0
Topaz Premyer liqasının VIII turunda Bakıda “Qəbələ”ni qəbul edən “Qarabağ” klubu, növbəti qələbəsini qazandı. Allsport.az saytı xəbər verir ki, 2:0 hesabı ilə bitən matçda qalib komandanın baş məşqçisi Qurban Qurbanov, Avroliqa oyunu öncəsi bu qələbənin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib:
“Bu qarşılaşma bizim üçün vacib idi. Qələbə qazanmaq üçün meydançaya çıxmışdıq. Bunu reallaşdırdığımız üçün sevinirəm. Komandamın oyunundan tam razı qala bilmәrәm. Bәzi problemlәr hiss olunurdu. Bunları aradan qaldırmağa çalışacağıq. Hakimlərə məsləhətim odur ki, əmin olmadıqları penaltini verməsinlər”.