Qurban Qurbanov konfrans liqasına milli idman geyimində çıxdı

Xəbər verdiyimiz kimi, sabah konfrans liqasının 1/16 finalının cavab matçında “Qarabağ” evdə Fransanın “Marsel” klubunu qəbul edəcək. Allsport.az saytının məlumatına görə, bu gün oyunla bağlı baş məşqçilərin mətbuat konfransı nəzərdə tutulub.

İlk olaraq KİV-lə Qurban Qurbanov görüşüb. Tofiq Bəhramov adına respublika stadionunda keçirilən toplantıya 49 yaşlı yaşlı mütəxəssis milli idman geyimi – “İl’Azero”da çıxdı.

İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.

Həmin kateqoriyadan