Qurban Qurbanov: “Kopenhagen”i təhlil edib oyuna maksimum şəkildə hazırlaşacağıq

“Qarabağ” çempionlar liqasının pley-offunda Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov püşklə başlı fikrini açıqlayıb:

“5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidir.

Vaxtımız azdı. İstənilən halda şansımız var və bu şansdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi təhlil edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Həmin kateqoriyadan