Qurban Qurbanov: Layiqli qələbə qazandıq

“Qarabağ” klubu çempionlar liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Moldovada “Şerif”i 2:1 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm.

Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan