Qurban Qurbanov: Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa liqasının pley-off mərhələsinində Moldovanın “Şerif” klubuna qarşı cavab oyunu ilə bağlı KİV-lə görüşüb. Allsport.az saytı xəbər verir ki, o, tale matçı öncəsi bunu deyib:

“Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq.

Komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir. Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük”.

Adı çəkilən klublar arasında görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan