Qurban Qurbanov: Məğlub olsaydıq belə, futbolçularımızdan razı qalacaqdım

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 23-cü turunda “Qəbələ”yə oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan razı qalıb:

“Gördüyünüz kimi, bizim üçün çətin oyun oldu. “Qəbələ” bizlə son matçdakı kimi çox yaxşı oynadı, bəlkə məğlubiyyətə layiq deyildi. Futbolçularıma təşəkkür edirəm, belə hava şəraitində düzgün oynadılar.

Oyunda surət olmasa da, komandam tapşırıqları yerinə yetirməyə çalışdı. Məğlub olsalar belə, onlardan razı qalasıydım. Rəqibə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan