Qurban Qurbanov: Matçın çox hissəsində nizamı pozmadıq

“Qarabağ” Avropa liqasının “İ” qrupunun 2-ci turunda “Başağşəhər Fateh Tərim” stadionunda İspaniya “Vilyarreal”ına 1:3 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu dedi:

“Bu gün Türkiyənin cumhuriyyət günüdür. Qardaşlarımızı təbrik edirəm. Futbolçulardan razı qaldım, hər birinə təşəkkür etdim. Çox güclü və texnikalı rəqibə qarşı oynadıq. Matçın çox hissəsində nizamı pozmadıq. La liqa ilə bizim ölkə çempionatının fərqi böyükdür. Heyətdə problemlər var, oyunun gedişində lazımı dəyişiklər etməyə elə də imkanımız olmadı.

Çex hakimlərlə bizdə alınmır (gülümsəyir). O vaxtı “İnter”lə Bakıda təmiz qolumuzu saymadılar. Bu cür rəqibə qarşı görüşdə ardıcıl sarı kartlar verməsinin nə qədər doğru olduğunu bilmirəm. Penalti epizodu da mübahisəli idi. “Vilyarreal” kimi rəqiblə matçda təcrübə faydalıdır. Yürkiyədə özümüzü evdə hiss etdik, heç bir fərq yox idi”.

Kamran HACI, İstanbul

Həmin kateqoriyadan