Qurban Qurbanov: Nəyisə yarıda qoymaq mənlik deyil

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komanda.az-ın keçidiyi sorğuda ilin ən yaxşı məşqçisi olub. Allsport.az saytı xəbər verir ki, 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 49-u ona səs verib. Bu gün “Fairmont” mehmanxanasında təşkil olunan mükafatlandırmadan sonra 48 yaşlı mütəxəssisin ayaqüstü açıqlaması oldu:

“Daha diqqətli olmalı, futbola daha çox vaxt ayırmalıyıq. Dünyada ən yaxşı məşqçi kimi sayıram? Açığı, bu suala hazır deyiləm. Reynaldo həkim müayinəsindən keçəndən sonra, onunla söhbətim olacaq. Görüşdə bütün məsələyə aydınlıq gələcək. Məqsəd həmiçə uğurlu nəticə olub. Hədəf, 2 cəbhədə sonacan mübarizə aparmaqdır.

Londonda erməni azarkeşin stadiona daxil olarkən, buna bizim futbolçuların sukutla qarşılamasını qınamaq düzgün olmaz. Hadisə qəfil və gözlənilmədən oldu. Ola bilər, Araz Abdullayev bunu görməyib. Hesab etmirəm ki, o qorxub. O elə oğlan deyil. Xaricdə işləmək barədə düşünmürəm. Artıq 11 ildir “Qarabağ”dayam. Nəyisə yarıda qoymaq mənlik deyil. Bütün diqqətim bu kluba yönəlib”.

Həmin kateqoriyadan