Qurban Qurbanov: “Növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik”

Bu gün “Qarabağ” Antalyada təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, rəqib Macarıstanın “Uypeşt” klubu olub. Avroliqanın ilk mərhələsində 2 görüşün yekununda “Neftçi”ni sıradan çıxaran (4:0, 1:3) budapeştlilər, Ağdam təmsilçisini də məyus edib – 1:0. Matçdan sonra baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“İlk oyunumuz idi. Bu gün optimal formadan uzağıq, bu gün düzdür, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi. Amma komandada çox şeydən razı qaldım, hansı ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Amma texniki səhvlər var idi, bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik”.

Həmin kateqoriyadan