Qurban Qurbanov: Ötən ilki “Şerif”lə indikində böyük fərq var

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa liqasının pley-offunda Moldova çempionu “Şerif”ə qarşı ilk oyun öncəsi fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, mübarizənin çətin keçəcəyini deyib:

“Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdı. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq.

Ötən ilki “Şerif”lə bu ilki arasında böyük fərq var, komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq.
Emeqaranın olmaması bizim üçün itkidir. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin, bir neçə problem var. Amma buna baxmayaraq, oyuna hazırlaşmışıq”.

Həmin kateqoriyadan